Türkiyənin Elazığ şəhərindəki
küçələrdən biri bundan sonra Azərbaycan şairi Almas
İldırımın adını daşıyacaq. APA-nın Türkiyə bürosunun
xəbərinə görə, bu barədə Elazığ bələdiyyəsi qərar qəbul edib.
A. İldırımın 100 illik yübileyi münasibətilə keçirilən
tədbirdə çıxış edən bələdiyyə başqanı Süleyman Salmanoğlu
Elazığın Türk Dünyasının dəyərləri, hədəfləri və
diləklərinin ifadə olunduğu zirvə halına gəldiyini bildirib.
O, Almas İldırımın adının Elazığda əbədi yaşadılacağını
söyləyib. Qeyd edək ki, sovet zülmündən qaçaraq Türkiyəyə
sığınan Almas İldırım 19 il Elazığda yaşayıb yaradıb.