Almas İldırımın 100 illik yubileyi ilə bağlı tədbirlər
Azerbaycan -Edebiyat Portalı/
10.09.2007
Almas İldırımın 100 illik
yubileyi münasibətilə Azərbaycanda silsilə tədbirlər
keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyindən
bildirmişlər ki, tədbirlərin yeri və proqramlar artıq
müəyyənləşdirilmişdir. Almas İldırım günləri sentyabrın 25-dən
başlayacaqdır. Sentyabrın 26-da tədbir iştirakçıları Fəxri
xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəndən sonra
qonaqlarla Mədəniyyət və Turizm Nazirliyində görüş
keçiriləcəkdir. Elə həmin gün Almaz İldırımın Şüvəlandakı
evində poeziya axşamı olacaqdır. Sentyabrın 27-də Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənt Universitetində Almas İldırıma
həsr olunmuş ədəbi axşam və Milli Elmlər Akademiyasında elmi
sessiyanın keçirilməsi nəzərdə tutulmuşdur. Sentyabrın 28-də
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Dövlət
Akademik Opera və Balet Teatrında tədbir keçiriləcəkdir. Bu
günlər Yazıçılar Birliyində, Azərbaycanda Atatürk Mərkəzində
və Türkiyənin Bakıdakı səfirliyində yubileylə bağlı müxtəlif
tədbirlər nəzərdə tutulmuşdur. Yubiley tədbirində iştirak
etmək üçün Azərbaycana qardaş Türkiyədən 15 nəfəlik
nümayəndə heyətinin səfəri gözlənilir. Nümayəndə heyətinin
tərkibində Türkiyənin dövlət rəsmiləri, tanınmış mədəniyyət
və elm xadimləri olacaqlar.