Aprelin 14-də Türkiyədə Almas İldırımın 100 illiyi
münasibətilə tədbir keçirilib. Şairin yaşadığı Elazığ
şəhərində baş tutan mərasimdə Yazıçılar Birliyi ilə
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak edib.
Məlumatı "OLAYLAR"a Yazıçılar Birliyinin mətbuat
əqaləndiricisi Ədalət Əsgəroğlu verib. Tədbirdə Elazığ
şəhərinin nümayəndəliyi ilə yanaşı Fikrət Qoca, Anar,
akademik Bəkir Nəbiyev, şair Vaqif Bəhmənli və başqaları
iştirak edərək şair haqqında fikirlərini bölüşüblər.
Tədbirdə Almas İldırıma həsr olunmuş "Xəzərdən Xəzərə" adlı
kitabın təqdimatı da baş tutub.