Azerbaycan Resmi Qazeti Milli Meclisin
OrqanıBakı şəhəri, 16 aprel 2007-ci il
2007-ci ildə müasir Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndələrindən biri, istiqlal şairi Almas
İldırımın (İldırım Əbdülməhəmməd oğlu Almaszadənin) anadan
olmasının 100 illiyi tamam olur.
Almas İldırımın yaradıcılığı Azərbaycan mühacirət
poeziyasının bənzərsiz səhifələrindən birini təşkil edir.
Şairin milli azadlıq və müstəqillik uğrunda mübarizəyə həsr
olunmuş əsərlərində xalqımızın ağrılı tarixi taleyi, vətən
məhəbbəti və qəriblik mövzusu dolğun bədii əksini tapmışdır.
Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri
olan Almas İldırımın 100 illik yubileyinin layiqincə
keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan
Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar
Birliyinin təklifləri nəzərə alınmaqla, Almas İldırımın 100
illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb
həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.